Xəzər Xəbər

Ermənistandakı Azərbaycan toponimlərinin əvvəlki adlarına qaytarılması istiqamətində işlər aparılır

Gündəm | 16:44 • 26 Yanvar 2023
Ermənistandakı Azərbaycan toponimlərinin əvvəlki adlarına qaytarılması istiqamətində işlər aparılır

Ermənistanda Azərbaycan toponimləri kütləvi surətdə dəyişdirilib. Adların dəyişdirilməsi prosesi bu gün də davam etdirilir və elə olur ki, bir adı bir neçə dəfə dəyişdirirlər.

Xezerxeber.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Milli Məclisin deputatı Əziz Ələkbərli bu gün keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, toponimlərin əvvəlki adlarına qayıtması istiqamətində işlər aparılır. Abidələr, hidronimlər və digər dəyişikliyə məruz qalmış adlar yenidən öz adına bərpa olunub beynəlxalq ictimaiyyətə çatdırılacaq.

Xəbər lenti