2018-ci ildən əvvəl vəkil qurumlarının sayı 39 olsa da, hazırda bu rəqəm artaraq 125-i ötüb. Onların bir çoxu yenilənib, təmir olunub, maddi-texniki baza ilə təchiz edilib.
Xezerxeber.az xəbər verir ki, bu məlumatlar Vəkillər Kollegiyası üzvlərinin konfransında nümayiş olunan kollegiyanın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmində yer alıb.
Qeyd olunub ki, hazırda Azərbaycanda 245 vəkil köməkçisi fəaliyyət göstərir. Onlardan 95 nəfərini qadınlar təşkil edir.