Xəzər Xəbər

Şəhid ailələri ilə bağlı VACİB XƏBƏR

Şəhid ailələrinə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına vəsait xərclənəcək
Gündəm | 13:40 • 30 Sentyabr 2022
Şəhid ailələri ilə bağlı VACİB XƏBƏR

Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri artırılır.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu mənbələr sırasına dövlət icbari şəxsi sığorta vəsaiti də daxil edilir.

İndiyə qədər şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar