Xəzər Xəbər

Milli Məclisdə Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar bəyanat qəbul edilib YENİLƏNİB

Gündəm | 11:21 • 30 Sentyabr 2022
Milli Məclisdə Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar bəyanat qəbul edilib

Milli Məclisin iclasında Vətən müharibəsinin başlamasının ikinci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Xezerxeber.az-ın xəbərinə görə, bəyanat layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

11:05

Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı qəbul ediləcək.

Xezerxeber.az-ın xəbərinə görə, bu bu gün parlamentin sədri Sahibə Qafarova bildirib.

İclasda Vətən müharibəsinin başlamasının ikinci ildönümü ilə əlaqədar bəyanat müzakirə olunur.

Bəyanat layihəsini Azərbaycan parlamentinin deputatı Soltan Məmmədov oxuyur.

Qeyd edək ki, bu gün Milli Məclisin 2022-ci il payız sessiyasının ilk plenar iclası keçirilir.

İclasın gündəliyinə 30 məsələ daxil edilib.

Xəbər lenti