NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.
Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.
Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.
Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.