Ötən səkkiz ayda silahlı qüvvələrdə qeydə alınmış cinayətlərin 99 faizi açılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
“Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışmışdır. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99 faizi açılmışdır”, - X.Vəliyev qeyd edib.