Xəzər Xəbər

Azərbaycanın Xarkovdakı fəxri konsulu ukraynalı müəllimləri təltif edib

Gündəm | 22:15 • 29 Sentyabr 2022
Azərbaycanın Xarkovdakı fəxri konsulu ukraynalı müəllimləri təltif edib

Ukrayna ilə Azərbaycan hər zaman bir-birilərinin haqlı mövqelərini dəstəkləyib. Sınaqlar yalnız xalqlarımız arasında dostluğu daha da möhkəmləndirir.

Bu fikri Sumı Uşaq-Gənclər Yaradıcılıq Sarayında təhsil işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov söyləyib.

Tədbirdə iştirak edən 55 məktəb müəllimini təbrik edən Ə.Salmanov Azərbaycan və Ukraynaya sülh və firavanlıq, bütün müəllimlərə, tələbələrə və onların valideynlərinə sülh və sabitlik arzulayıb.

“Ukrayna və onun vətəndaşları üçün belə çətin bir dövrdə müəllim əməyinin müstəsna əhəmiyyəti var. Məktəbdə yaxşılıq və ədalət, şərəf və ləyaqət, vətənpərvərlik və vətənə məhəbbət kimi fundamental anlayışların əsası qoyulur. Şübhə etmirəm ki, indiki məktəblilər də öz müəllimlərindən örnək götürərək, öz ölkəsinin layiqli vətəndaşları kimi yetişəcəklər”, - deyə fəxri konsul vurğulayıb.

Sonda fədakar əməyə görə təşəkkür əlaməti olaraq və peşə bayramları münasibətilə Sumı məktəblərinin müəllimlərinə Fəxri Konsulluğun sertifikatları təqdim olunub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar