Xəzər Xəbər

Moskva bütün üçtərəfli razılaşmaların tam və şərtsiz yerinə yetirilməsinə tərəfdardır

Gündəm | 18:54 • 29 Sentyabr 2022
Moskva bütün üçtərəfli razılaşmaların tam və şərtsiz yerinə yetirilməsinə tərəfdardır

Moskva Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış bütün razılaşmaların tam və şərtsiz yerinə yetirilməsinə tərəfdardır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Ermənistan-Azərbaycan sərhədində son hadisələri şərh edərkən bildirib.

Diplomatın sözlərinə görə, ölkə liderlərinin imzaladığı üçtərəfli sənədlərdə “olduqca çox məsələ nəzərdə tutulub”. “Orada həm nəzəriyyə və təcrübə var, orada baş verənlərin təsdiq edilməsi və gələcək planlar var. Bu sənədlər sadəcə vasitəçi ilə ayrı-ayrı ölkələr arasında deyil, uzun tarixli bu münaqişəni bir hissəsi olan ölkələr arasında razılaşdırılıb. Məhz buna görə onlar çox dəyərlidir və bu səbəbdən, onlar xəyali yox, həqiqi yol xəritəsidir”, - deyən M.Zaxarova əlavə edib ki, bu razılaşmalar mərhələli şəkildə icra olunur.

Xəbər lenti

Çox oxunanlar