Xəzər Xəbər

Hikmət Hacıyevlə görüş effektiv olub - Qriqoryan açıqladı

"Ermənistan və Azərbaycan arasında hazırda sülh sazişi məsələsi də var"
Gündəm | 16:24 • 29 Sentyabr 2022
Hikmət Hacıyevlə görüş effektiv olub - Qriqoryan açıqladı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə ABŞ-da keçirilən görüşü effektiv adlandırıb. 

“Qafqazinfo” xəbər verir ki, Armen Qriqoryan bu barədə “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, görüş zamanı Qarabağ probleminin həlli ilə bağlı gündəlik, eləcə də regionda sülhün bərqərar olması ilə bağlı mövzular müzakirə olunub: “Bu mövzulara isə kommunikasiyaların açılması, delimitasiya, sərhədlərin təhlükəsizliyi və digər məsələlər daxildir”.

Qriqoryan, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında hazırda sülh sazişi məsələsi də var. 

O bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar müxtəlif səviyyələrdə aparılır: “Bu xarici işlər nazirləri, Baş nazirlərin müavinləri, eləcə də Milli Təhlükəsizlik Xidmətlərinin rəhbərləri səviyyələrində keçirilən danışıqlardır. Bununla yanaşı, yüksək səviyyədə də müzakirələr keçirilir ki, bu da Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasında baş tutan görüşlərdir”.

Xəbər lenti