Xəzər Xəbər

Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır FƏRMAN

Gündəm | 14:52 • 29 Sentyabr 2022
Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Xezerxeber.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Əsasnaməyə edilən dəyişikliyə əsasən, “Elektron kənd təsərrüfatı” informasiya sistemində “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır.

“Baytarlıq xidmətləri monitorinqi” altsistemi vasitəsilə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin (baytarlıq subyektləri) qeydiyyatı və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin elektron qaydada izlənilməsi, habelə onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcək.

Xəbər lenti