“Xüsusi şərtlərlə pensiyaya çıxanların həm müavinətləri, həm də onların hesablanma və artırılma qaydaları ayrı olduğu üçün artım onlara şəmil edilməyəcək”.
XəzərXəbər xəbər verir ki, bu sözləri “ARB24”ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri əlavə edib ki, pensiya artımı həm də ailə başçısını itirməyə görə pensiya alanlara da aid olmayacaq.