Xəzər Xəbər

XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verdi

Gündəm | 10:32 • 29 Sentyabr 2022
XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verdi

“Ermənistan növbəti saxta ittihamla çıxış edib”.

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

O bildirib ki, İrəvan eyni ssenarini təkrarlayır: "Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”.

XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.

Xəbər lenti

Dönər bahalaşacaq VİDEO
19:34 • 7 Noyabr 2024