Xəzər Xəbər

Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə danışdı

Müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub
Gündəm | 18:10 • 15 Sentyabr 2022
Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə danışdı

Sentyabrın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.

Xəbər lenti

Çox oxunanlar