Xəzər Xəbər

Ağalı kəndinə əlavə investisiyalar cəlb olunur, aqropark salınır

Gündəm | 12:08 • 15 Sentyabr 2022
Ağalı kəndinə əlavə investisiyalar cəlb olunur, aqropark salınır

Bu gün biz işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində məktəbin açılışının şahidi olduq. Əlbəttə ki, bu, tarixi hadisədir və bu hissləri bizə bəxş etdiyinə görə şəhidlərimizə, Prezidentimizə, Ordumuza minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin.

Bu sözləri Ağalıda məktəbin açılışı zamanı AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

“Yeni məktəbimiz 360 nəfərlikdir. Bu gün 65 şagird məktəbdə dərs keçəcək. Növbəti mərhələlərdə kəndə köçürülən ailələrin sayı çoxaldıqca şagirdlərimizin də sayı artacaq”, - deyən V.Hacıyev bildirib ki, kənddə kifayət qədər böyük infrastruktur yaradılıb: “Bildiyiniz kimi, burada “Kapital bank”, supermarketlər şəbəkəsi, DOST mərkəzi, “ASAN xidmət”, KOBİA və poçt kimi xidmət şəbəkələri artıq fəaliyyətdədir. Hamısında Ağalı sakinləri işləyirlər. Artıq yanacaqdoldurma məntəqəsi, ət kəsim məntəqəsi də fəaliyyət göstərir. Tikiş müəssisəmizdə 15-dən çox Ağalı sakini çalışır. Kəndə əlavə investisiyalar da cəlb olunur, aqropark salınır. Əlbəttə ki, bunlar hamısı məşğulluğun artırılması və sakinlərə yaxşı şəraitin yaradılmasına hesablanıb”.

Xəbər lenti