Xəzər Xəbər

Zəngilanın Ağalı kənd məktəbində 29 ildən sonra ilk zəng çalınıb FOTO/VİDEO

Gündəm | 10:11 • 15 Sentyabr 2022
Zəngilanın Ağalı kənd məktəbində 29 ildən sonra ilk zəng çalınıb

Zəngilan rayonunun Ağalı kənd orta məktəbində 29 ildən sonra bu gün ilk zəng çalınıb.

Xezerxeber.az xəbər verir ki, tədris ilinin ilk günü münasibətilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev də iştirak edir.

Məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib.

Xəbər lenti

Çox oxunanlar