Xəzər Xəbər

Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Nazirlik çağırış etdi
Gündəm | 23:53 • 14 Sentyabr 2022
Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə nazirliyin yaydığı açıqlamada bildirilib.

Xəbər lenti