Xəzər Xəbər

BMT TŞ Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı

Gündəm | 23:36 • 14 Sentyabr 2022
BMT TŞ Azərbaycan və Ermənistanı atəşkəsə çağırdı

BMT Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasından, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həllindən danışılıb.

Bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.

 

 

Rusiyalı diplomat qeyd edib ki, məsləhətləşmələr bağlı qapılar arxasında keçirilib.

“Hamı yekdilliklə tezliklə atəşkəsin və vəziyyətin siyasi-diplomatik yollarla nizamlanmasının tərəfdarı olduğunu söylədi”, - deyə Nebenzya bildirib. (APA)

Xəbər lenti