Xəzər Xəbər

Ombudsman: Mülki şəxslərin hədəfə alınması Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır

Gündəm | 20:12 • 14 Sentyabr 2022
Ombudsman: Mülki şəxslərin hədəfə alınması Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır

"Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq Ermənistanın hərbi təxribatı davam edir".

Bu barədə xezerxeber.az-a Ombudsman Aparatından bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində quruculuq işləri ilə məşğul olan mülki şəxslər - Goranboy rayonu Veyisli kənd sakini Musayev Asim İsa oğlu və Goranboy rayonu Qaraçinar kənd sakini Orucov Arzuman İman oğlu ağır yaralanıblar.

Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin hədəfə alınması Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Xəbər lenti

Çox oxunanlar