Xəzər Xəbər

Ərdoğan: Bu hadisələrdə də azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir

Gündəm | 19:53 • 14 Sentyabr 2022
Ərdoğan: Bu hadisələrdə də azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir

Dost və qardaş Azərbaycanın Vətən torpaqlarının müdafiəsi üçün apardığı mübarizədə verdiyi son şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ermənistanın Azərbaycanın Zəfəri il nəticələnən müharibənin ardından əldə olunan anlaşmanın pozulması nəticəsində meydana gələn bu vəziyyəti qəbuledilməz hesab edirik. Hər zaman olduğu kimi, bu hadisələrdə də azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qarabağ savaşından sonra imzalanan anlaşmanın şərtlərini yerinə yetirmədiyi kimi, mütəmadi olaraq aqressiv davranış nümayiş etdirən Ermənistan tərəfi üçün bu münasibətin əlbəttə ki, nəticələri olacaq. Ümidimiz Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsi, anlaşmanın şərtlərini sürətlə yerinə yetirməsi, vaxtını və enerjisini sülhü gücləndirmək istiqamətində istifadə etməsidir. Bir daha şəhidlərimizi rəhmətlə yad edir, yaralılarımıza sağlamlıq diləyirəm. Qardaşım Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm.

Xəbər lenti

Çox oxunanlar