Xəzər Xəbər

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Gündəm | 18:59 • 14 Sentyabr 2022
Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Sentyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şişin Çen ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Birgə həyata keçirilən layihələrin icra vəziyyəti, AİB-in 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas prioritetləri və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

Xəbər lenti

Çox oxunanlar