Xəzər Xəbər

Leyla Abdullayeva Hindistan XİN-in açıqlamasına münasibət bildirib

Gündəm | 15:26 • 14 Sentyabr 2022
Leyla Abdullayeva Hindistan XİN-in açıqlamasına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Hindistan XİN-in bölgədə baş vermiş gərginliklə bağlı açıqlamasını şərh edib.

Xezerxeber.az-ın xəbərinə görə, Leyla Abdullayeva yerli KİV-in sualına cavab olaraq bildirib ki, Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibinin bölgədəki son gərginliklə bağlı şərhində konkret təcavüzkarın kim olduğu bəlli deyil.

“Açıqlamada təcavüzkarın kim olduğu bəlli olduğu təqdirdə bu məsələ tərəfimizdən şərh edilə bilər”, - o qeyd edib.

Xəbər lenti

Çox oxunanlar