Xəzər Xəbər

Mövqelərimiz atəşə tutulur - Müdafiə Nazirliyi məlumat yaydı

MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi fasilələrlə atəşə tutur, zəruri cavab tədbirləri görülür
Gündəm | 10:12 • 14 Sentyabr 2022
Mövqelərimiz atəşə tutulur - Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutur.

XəzərXəbər-in xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib..

"Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - açıqlamada bildirilib.

Xəbər lenti

Çox oxunanlar