Xəzər Xəbər

Avropa Şurası Azərbaycan və Ermənistana müraciət etdi

Gündəm | 23:16 • 13 Sentyabr 2022
Avropa Şurası Azərbaycan və Ermənistana müraciət etdi

Avropa Şurası Azərbaycan və Ermənistanı vəziyyəti pisləşdirəcək addımlardan çəkinməyə çağırır.

XəzərXəbər xəbər verir ki, Ermənistan-Azərbaycan sərhədində artıq çoxsaylı insan tələfatı və dağıntılara səbəb olduğu bildirilən zorakılığın artması ilə bağlı İrlandiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Saymon Koveni və Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Avropa Şurasına üzv dövlətlər arasında mübahisələrin həlli üçün hərbi gücdən istifadə qətiyyən qəbuledilməzdir. Ona görə də biz Azərbaycan və Ermənistanı vəziyyəti daha da pisləşdirə biləcək addımlardan çəkinməyə, beynəlxalq müqavilələrə hörmətlə yanaşmağa və gecikmədən sülh danışıqlarına başlamağa çağırırıq.

Biz Avropa Şurasına üzv olan iki dövləti üzərinə götürdüyü öhdəliklərə hörmət etməyə, xüsusən də münaqişənin sülh yolu ilə həllinə çağırırıq. Avropa Şurası bu səylərdə onlara dəstək verməyə hazırdır”.

Xəbər lenti

Çox oxunanlar