Xəzər Xəbər

İlham Əliyev: Qardaş Türkiyə hər zamankı kimi, Azərbaycanın yanındadır

Gündəm | 23:10 • 13 Sentyabr 2022
İlham Əliyev: Qardaş Türkiyə hər zamankı kimi, Azərbaycanın yanındadır

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

XəzərXəbər Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Prezident İlham Əliyev qardaş Türkiyənin hər zamankı kimi, Azərbaycanın yanında olduğunu, ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd edib.

Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən şücaətlə və yüksək peşəkarlıqla alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını, onların intiqamının alındığını deyən Prezident İlham Əliyev bu genişmiqyaslı hərbi təxribatların məsuliyyətinin bilavasitə Ermənistanın üzərinə düşdüyünü bildirib.

Xəbər lenti

Çox oxunanlar