Xəzər Xəbər

İsveç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır

Gündəm | 16:43 • 13 Sentyabr 2022
İsveç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır

İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan- Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.

XəzərXəbər xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır. Davamlı sülhə gedən yeganə yol dialoqdan keçir", - o yazıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Xəbər lenti