Xəzər Xəbər

Ermənistanın itkiləri AÇIQLANIR

İlkin rəqəmlər məlum oldu
Gündəm | 4,172 | 09:55 • 13 Sentyabr 2022
Ermənistanın itkiləri AÇIQLANIR

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatına cavab olaraq gördüyü əks tədbirlər nəticəsində Ermənistan tərəfindən ölən və yaralananlar var.

Xezerxeber.az xəbər verir ki, erməni KİV-nin yaydığı məlumata görə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin azı 10 hərbçisi yaralanıb. 

Yaralı hərbçilər Martunidə (Aşağı Qaranlıq) xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır olduğundan təcili İrəvana aparılıblar.

Ermənistan Müdafiə Nazirliyi itkilərin olduğunu, lakin rəqəmlərin dəqiqləşmədiyini bildirib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. 

Xəbər lenti

Çox oxunanlar