Xəzər Xəbər

MN: Azərbaycanın hərbi təyyarəsinin vurulması xəbəri yalandır

Gündəm | 01:14 • 13 Sentyabr 2022
MN: Azərbaycanın hərbi təyyarəsinin vurulması xəbəri yalandır

Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydıqları məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Xəbər lenti

Çox oxunanlar