Xəzər Xəbər

Qırmızı Bazarda nə baş verir? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

Azərbaycan MN: "Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması məlumatı yalandır"
Gündəm | 13:35 • 12 Sentyabr 2022
Qırmızı Bazarda nə baş verir? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

"Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir".

Bu barədə XəzərXəbər-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

Xəbər lenti

Çox oxunanlar