Xəzər Xəbər

Sahibə Qafarova Özbəkistan mediasına müsahibə verib

Gündəm | 19:00 • 9 Sentyabr 2022
Sahibə Qafarova Özbəkistan mediasına müsahibə verib

Özbəkistanın Daşkənd şəhərində keçirilən Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova burada yerli kütləvi informasiya vasitələrinə müsahibə verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, parlamentin sədri Sammitin əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə media nümayəndələrinin suallarını cavablandırıb. Parlamentin sədri Azərbaycanla Özbəkistan arasında münasibətlərin dinamik inkişafı, tərəflər arasında bir çox sahələri əhatə edən geniş əməkdaşlıq, həmçinin iki ölkənin parlamentləri arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.

Xəbər lenti

Çox oxunanlar