Xəzər Xəbər

Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə...

Hava ilə bağlı yeni xəbər
Gündəm | 4,166 | 13:08 • 9 Sentyabr 2022
Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə...

Yaxın iki gündə bəzi rayonlarda yağış yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Xəbər lenti

Çox oxunanlar