Azərbaycan Ermənistanla sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atır.
XəzərXəbər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə isitnadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığında bildirib.
Ceyhun Bayramov, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə istinad edib və görüş nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün verilən tapşırıqdan irəli gələrək Azərbaycanın buna hazır olduğunu bildirib.
Nazir, həmçinin Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atdığını qarşı tərəfin diqqətinə çatdırıb.