Xəzər Xəbər

Azərbaycanda meymunçiçəyinə yoluxma faktı qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

Gündəm | 15:33 • 5 Sentyabr 2022
Azərbaycanda meymunçiçəyinə yoluxma faktı qeydə alınıb? - RƏSMİ AÇIQLAMA

Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

XəzərXəbər xəbər verir ki, bunu report-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Qeyd edək ki, dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 mini keçib. Ən çox yoluxma halı isə ABŞ-da aşkarlanıb.

Xəbər lenti

Çox oxunanlar