Xəzər Xəbər

Azərbaycan XİN Kabildə Rusiya səfirliyinə terror hücumunu pisləyib

Gündəm | 14:43 • 5 Sentyabr 2022
Azərbaycan XİN Kabildə Rusiya səfirliyinə terror hücumunu pisləyib

5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatının, habelə əfqan vətəndaşlarının vəfat etməsi xəbərini kədərlə qarşılayırıq.

Xezerxeber.az xıəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

“Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbul edilməzdir. Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir və yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda qeyd olunub. 

Xəbər lenti