Bu gün Bakıda və Abşeron yarımadasında şimal küləyi güclənəcək.
Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.
Küləkli hava şəraiti sentyabrın 7-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında əsasən Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.