Xəzər Xəbər

Hikmət Hacıyevdən Laçının Zabux kəndi ilə bağlı paylaşım FOTO

Gündəm | 15:42 • 9 Avqust 2022
Hikmət Hacıyevdən Laçının Zabux kəndi ilə bağlı paylaşım

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabında “The Times” nəşrinin Laçınla bağlı reportajını paylaşıb.

Xezerxeber.az xəbər verir ki, Hikmət Hacıyev Laçının işğalı və sonrakı dövrdə Yaxın Şərqdən olan ermənilərin qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırıldığını bildirib.

“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, - Prezidentin köməkçisi vurğulayıb.

 

Xəbər lenti

Çox oxunanlar