Xəzər Xəbər

Ceyhun Bayramov Türkiyənin aparıcı media orqanlarına müsahibə verdi

Gündəm | 16:40 • 9 Avqust 2022
Ceyhun Bayramov Türkiyənin aparıcı media orqanlarına müsahibə verdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində avqustun 9-da bu ölkənin aparıcı media orqanlarına müsahibə verib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən XəzərXəbər-ə bildirilib ki, nazir Ceyhun Bayramov “TRT World”, habelə “Hürriyyət”, Anadolu Agentliyi, “Haber Global” və “Daily Sabah”ın müxbirlərinin 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə bölgədə sülh və əmin-amanlığın təmin olunması istiqamətində səylər, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar, Ermənistanın Azərbaycana qarşı son təxribatları, üçtərəfli bəyanatları pozması və öhdəliklərini yerinə yetirməməsi, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi, Zəngəzur dəhlizi üzrə işlər, Şuşa Bəyannaməsindən irəli gələn tədbirlər, habelə Londondakı səfirliyimizə radikal dini qruplaşmaların hücumu barədə sualları cavablandırıb.

Nazir media nümayəndələrinə Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsi və çoxsaylı əməkdaşlıq istiqamətləri, bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, habelə mina təhlükəsi barədə məlumat verib, digər qarşılıqlı maraq doğuran sahələrdə müzakirə aparılıb.

Xəbər lenti