Xəzər Xəbər

Prezident İlham Əliyev 2022-ci il üçün yaşayış minimumunu təsdiq edib

Gündəm | 18:17 • 23 Dekabr 2021
Prezident İlham Əliyev 2022-ci il üçün yaşayış minimumunu təsdiq edib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanunu təsdiq edib.

Xezerxeber.az-ın məlumatına görə, qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Çox oxunanlar