Azərbaycan Respublikasının keçmiş prezidentlərinin və onun ailə üzvlərinin təminatı üçün gələn il dövlət büdcəsindən ayrılan vəsaitin həcmi məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün dövlət büdcəsində 343 368 manat vəsait nəzərdə tutulub.