Xəzər Xəbər

Əlilliyi müəyyən edilmiş hərbçilərin müavinətlərinin məbləği müəyyənləşib

Prezident İlham Əliyev fərman imzalayıb
Gündəm | 16:43 • 23 Dekabr 2021
Əlilliyi müəyyən edilmiş hərbçilərin müavinətlərinin məbləği müəyyənləşib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.

Xezerxeber.az-ın məlumatına görə, fərmana əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə veriləcək:

- I dərəcə əlilliyə görə – 8 800 manat;

- II dərəcə əlilliyə görə – 6 600 manat;

-III dərəcə əlilliyə görə – 4 400 manat;

Xəbər lenti

Çox oxunanlar