Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsini Türkiyəyə səfərə dəvət edib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Ankarada Anıtqəbiri ziyarət edib, Qurtuluş Savaşı və Atatürk Muzeyində olublar.