COVID-19-la mübarizədə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm.
Xezerxeber.az-ın məlumatına görə, bunu Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iqtisadi əlaqələrin vəziyyəti onları qane etmir.
"Azərbaycana COVID-19-la mübarizədə verdiyi dəstəyə görə təşəkkür edirəm. Azərbaycan və Bosniya və Herseqovinada qarşılıqlı səfirliklərin açılması barədə qərar ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirəcək. Əminəm ki, bu səfərim əlaqələrimizin intensivləşməsində rol oynayacaq. İnvestisiyalar azdır və bu sahədə əməkdaşlıq genişləndirilməlidir. Məsafə iqtisadi əməkdaşlığı gücləndirməyə mane olmamalıdır. Ölkəmiz balacadır, ancaq potensialı böyükdür. Bu gün razılaşdıq ki, əməkdaşlıq üçün yeni müqavilələr imzalayaq”.