Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır. Müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib.
Müsahibələrin növbəti üç ay ərzində davam edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, cari ilin iyun ayının sonundan etibarən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.