Bakıda koronavirus əleyhinə vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XəzərXəbər-ə verilən məlumata görə, paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub.
Qeyd olunub ki, bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir: "Onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub. Hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir".