“Azərbaycanla İran arasındakı münasibətlərin əsasını dərin tarixi köklər, mədəni-tarixi bağlılıqlar təşkil edir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.
Ceyhun Bayramovun sözlərinə görə, bu gün iranlı həmkarı ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi müzakirə olunub.
“Ölkələrimiz arasındakı münasibətlərdən danışarkən biz iqtisadi-ticari əlaqələri qeyd etməliyik. Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin həcmi 23 faiz artıb”, - deyə Ceyhun Bayramov əlavə edib.