Naxçıvan Muxtar Respublikasında da yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvanın Təhsil Nazirliyinin tabeliyinə verilib.
XəzərXəbər-in xəbərinə görə, bu barədə Ali Məclisin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.