"Bəzən hər hansı göstəriş olmadan uşaqlara kalsium metabalizmanı bilmədən verilməsi heç də yaxşı nəticəyə səbəb olmur".
XəzərXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
E. Rəhimov mütəxəssis olaraq uşaqlara dərman vasitələrini ancaq ehtiyac olduğu təqdirdə verilməsinin tərəfdarı olduğunu vurğulayıb.
O bildirib ki, bəzən ehtiyac olmadan uşaqlara kalsium qəbulu məsləhət görülür:
"Kalsium artıqlığı böyrəklərdə duzlaşma və daş əmələ gətirir. Ona görə də dərman uşaqlara əsaslı şəkildə verilməlidir. Yəni hansısa uşaqda kalsium azlığı varsa, həkim məsləhəti ilə verilə bilər”.