Qarşıda bizi yeni Ailə Məcəlləsi sənədinin işlənməsi gözləyir.
XəzərXəbər xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda mövcud ailə münasibətləri: "Sosial-Psixoloji Təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfransda deyib.
Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin ailə dəyərləri ilə bağlı apardığı sorğu böyük əhəmiyyət kəsb edir: "Milli-mənəvi dəyərlərə söykənən ailə dövlətin özəyini təşkil edir. Demokratik dövlətlərin həyata keçirdiyi siyasət insan resursuna yönəlməlidir. Bütün dünyada, o cümlədən Azərbaycanda da tarixən formalaşan ailə institutu var. Dövlət bu modelin qorunması üçün müxtəlif proqramlar icra edir".