İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlib.
İranın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, XİN başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Səfər çərçivəsində Abdullahian Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Sahibə Qafarova, xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.