Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
Xezerxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib.
Gürcüstanın müdafiə nazirinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.