Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 46 000-dən çox şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bu prosesin elektronlaşdırılması valideynlərin rahatlığına, şəffaflığın artırılmasına, təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının genişləndirilməsinə imkan verir.